Evin Yıxılmasın Səttarxan! (Nigar Xiyavi dan)
Bugünlər Səttarxan sətir sətir silinir Təbrizin türklüyündən
Az qalmış çoxluğu azaz azalır
Çox görünür deyəsən tarixin əyninə tarix`də çox görünən görüntüsü
Təpəgözün gözü atılıb çıxır təpəyə
Gözü o boyda götürməyir, gücü o ağırlıqda çatışmayır Səttarlığa
Çəkilişir lap başa dar millənir milli sərdarlığa
Təbrizin evi uşaq deyil ki riz riz yıxıla / ya yıxıla yıxıla böyüyə
Təbrizliyi kərpiç kərpiç burxula boşalıb yox ola nəqşənin yaxasından
Səngərini istitar elə Səttarxan!
Yoxsa burda tarix coğrafiyanı boldezerlərin nırhanırı yazar da pozar da
Sofyan simanında silləylə beton trapi yapılar sənə / səndəki tarixə
Çox çox çoxmərtəbəli göbələk binalar birdən birə istitar çətirini açar ağyıyan başına
Ağıla nağıla sığmayan oyun uçar başına
məndən demək Səttarxan!
Səngərini istitar elə
Ərkin də qulağından tutub yavaş yavaş əkirlər müsəlla dalına
Daldalayıb dibərdinin dağıtsınlar yavaşcana
Bugün sabah görəcəksən reklamını otaq boyda bilbordlarda
Görəcəksən çarrahlarda
Əmirəqız nə tanıyır kimdi əmirxiz köpək oğlu ki dünyanın günortalaşan çağında qızlığından Türklüyünü götürdü gözgörəti
Sallaqxana daşınıb müsəllaya sallandı
Düz elə andan başladı başlandı ərimək
Utanqac mum olub əridi Ərk
Oqədər oqədər boşaldı boşalındı bu naəmirxiz əlində ərlikdən
Fişarxunu, yanı qan təzyiği yük yük yüksəldi səktə gətirdi ərliyi əriyə əriyə
Kimə ərköyünlənsin indi Ərk
Evin yıxılmasın Səttarxan burası tarixli boldezer coğrafiyası
Sovxaya qalmış evini tez ol istitar elə!
Ancaq bu şeirin ardinda deməliyəmki Səttarxanin evin kimsə yıxabilməz çünki onun evi bizim yürəklərimizdir...
هیچ نظری موجود نیست:
ارسال یک نظر