۱۳۸۶ شهریور ۲۴, شنبه

Belə olsa yaxci olar


Mən Səttar oğlu Sami Sərdaremilli,türk xalqının qəhrəmani Səttarxanın nəticəsiyəm.1970ci ildə Təbriz şəhərində doğulmuşam.Ulu Tanri insanlara çoxli nimətlər vermiş,danişmaq onlarin əhəmmiyyətli olan biridir ancaq mən çox fəxr edib və ğurur duyuramki türki dili mənim anadilimdir və mən tam hərfləri və tam səsləri Allahın nimətlərinə şükr etmək için dilimə qətirə bilirəm.Amma buni deməliyəm ki mən və mənim taylarım bu dili qaydalarilən məktəbdə milli dilimizin yaninda öyrənseydiq yaxci olardi.

2007ci ilin novruz bayraminda Bakidaydim,mən sərhəddən Azərbaycan ölkəsinə geçərkən heç bir qəriblik his etmədim cünki bizim kültürümüz,dilimiz və inanclarımız ayndılar və Araz çayı bizi ayırsada o çayın ən dərin yerlərində topraklarımız bir birinə yapışıplar.

Abidərər və heykəllər şəhəhi Baki çox gözəl və qonak sevəndir ancaq oranın su və şəhər içində tökülən zibillərin problemi həll olsa daha yaxci olar.

Mən türk olmaqima güvənirəm necəki Hz.Məhəmməd buyurduği hədislərdə türk millətindən pozitiv sözlərinə yad edib və eski zamanlarda türk milləti oqədər üsyankar və günahkar olmayıblar ki Ulu Tanri onların hidayəti üçün peyğəmbər göndərmiş olaydi.Mutəal Allah Qurani kərimdə buyurublar ki heç bir qovm başka qovma dili vəya nəjadina qörə ərcəhliqi yoxdur amma hayıflar olsun ki İranda Allahdan qorxmayan insanlar varki türklərə ihanət və tohin etmək onlara eyləncə olubdur.İranda Məhməd Rza Şah dövründə məktəbdə və dövlət idarələrində türki danişmaq qadağanıdır və hər kim danışsaydi cəzalandırardi amma islami inqilabdan sonra belə dayil və vəziyyət yaxcilaşıb amma bundanda yaxci olmalıdır.

Mən Bakıda olarkən oldüğum marağlara görə bir neçə məktəbə gedan cavandan Səttarxan haqqinda sual etdim ancaq bildimki 10cı sinfin `Azərbaycan Tarixi` və `Ədəbiyyat` dərsriklərində Səttarxan haqqında yazilibdır.Tarix kitabında(Cənubi Azərbaycan XX əsrin əvvəllərində)adli XIII fəslində 17 səhfə İranın məşrutə inqilabı,Səttarxan və diyer sərkərdələrə bağli olan çoxli bilqilər yazılmışdır ancaq orda Bağirxanın söy adi səhf olub və (Savare-milli)yazılmış ki (Salare-milli) olmalıdır.İranda məktəb dərsliklərində bu hissədə az bilgilər yazılmış və gərək bu konu çox genişləndirsin və cavanların məşrutiyyətə görə bilgiləri çoxalsın və başkalarınada öyrətsinlər.

Ədəbiyyat kitabinda dəyərli şair Mirza Ələkbər Sabirin (Səttarxana)adli bir əer yazılmış.Rəhmətliq Sabir bu şerilən eləbilki fədai dəstələrinə neçə goşun yardım göndərib.Bu şeri Tabrizlilər oxuduqca güclənib və düşmənilə mərdanə döyüşürdülər.Bu şerin bir neçə sözlüklərinə kitabın alyazısında izah yazılmış ki ikisi səhf anlanib.Şerin bir yerində deyilib:

İştə Səttarxan baxız İrani ihya eylədi

Türklük İranliliq taklifin ifa eylədi

Bir rəşadət bir hünər göstərdi dəva eylədi

Dövlətin bir Eynini10 dünyadə risva eylədi11

Bu səhifanin altyazısında belə yazılmıə:

10Eyn-burada:varliq,maya

11Risva eyləmək-tanitmaq,məşhurlaşdırmaq

Ancaq `Eyn` burda Eynöddolə adının qissalmışıdır .

Eynöddolə qacar dövründə Müzəffəridin Şahın sədri əzəmi olan sərkərdeyimiş.Səttarxan Maku qoşunun mağlub eliyandan sonra Şah,ərxeyinçılıqla Eynoddoləni 40000 nəfer qoşunula Tabriza qöndərir ki Səttarxanin işin bitirsin,ancaq Səttarxan onlarada mağlub olub və Eynoddolə biabrı olub Tehrana qayıdır.Risva eyləməkde biabrı eyləməkdi ki tərs`məşhurlaşmaq`yazılmış.Mənim sözlərim buracandır ancaq dua elirəm türk milləti hərzaman və hər yerdə başi uca olsunlar.

هیچ نظری موجود نیست: